Menyu

Baş nazir quru sərhədlərin bağlı saxlanılmasından danışıb

Operativ Media
Baş nazir quru sərhədlərin bağlı saxlanılmasından danışıb

Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir.

Operativ Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.  

O qeyd edib ki, 2025-ci ilin yekunlarına dair yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə cənab Prezident ötən ilin iqtisadi inkişafından razılığını bildirmiş, iqtisadiyyatımızın özünü təmin etdiyini və güclü dayanıqlılıq nümayiş etdirdiyini bildirmişdir.

Əlaqəli Xəbərlər