Amerikalı beyzbolçunun kolleksiya kartı rekord qiymətə satılıb
"Nyu-York Yankis" beyzbol klubunun və MLB (Major League Baseball) Amerika Liqasının oyunçusu Aeron Cadcın kolleksiya kartı 5,2 milyon dollara satılıb.
Operativ Media xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Cadcın "Nyu-York Yankis" tərəfindən drafata seçildiyi 2013-cü ilə aid olan bu kart "Fanatics Collect" hərracında satılıb. Kartın dəyəri fəaliyyətdə olan oyunçuların kartları üçün yeni rekord müəyyən edib. Xatırladaq ki, 2020-ci ildə "Los-Anceles Eynceles" klubunun beyzbolçusu Mayk Trauta aid kart 3,9 milyon dollara satılmışdı.
33 yaşlı Cadc 2016-cı ildən "Nyu-York Yankis"də çıxış edir. 2017-ci ildə o, "İlin debütantı" seçilib, daha sonra isə üç dəfə (2022, 2024 və 2025-ci illərdə) MLB-nin Amerika Liqasının "Ən dəyərli oyunçusu" (MVP) adına layiq görülüb. Cadc, həmçinin yeddi dəfə MLB-nin "Bütün ulduzlar" matçında iştirak edib.