Azərbaycan yığması FİBA Çempionlar Kubokunda mübarizəyə başlayır
Operativ Media
Tailandın paytaxtı Banqkokda basketbol 3x3 üzrə FİBA Çempionlar Kuboku start götürür.
Operativ Media-nın məlumatına görə, bu turnirdə Azərbaycanın qadınlardan ibarət yığması da mübarizə aparacaq. B qrupunda yer alan millimizin heyətində Erika Karter, Tatyana Deniskina, Aleksandra Mollenhauer və Brianna Freyzer çıxış edəcəklər. Komandamız bu gün Kanada və Tailand yığmaları ilə qarşılaşacaq.
Oyunların cədvəli:
13:20 Kanada – Azərbaycan
16:05 Tailand – Azərbaycan
Komandamız sabah isə İspaniya millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Kubokunun qalibi 2027-ci il Dünya Kubokuna, növbəti Çempionlar Kubokuna, eləcə də 2028-ci il Olimpiya Oyunlarına seçmə turnirə vəsiqə qazanacaq.