Menyu

Azərbaycanda keçiriləcək WUF13 və Ətraf Mühit Gününə hazırlıq müzakirə olunub

Operativ Media
Azərbaycanda keçiriləcək WUF13 və Ətraf Mühit Gününə hazırlıq müzakirə olunub

Ümumdünya Şəhərsalma Forumu və Ətraf Mühit Gününə hazırlıq müzakirə olunub.

Bu barədə Operativ Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BMT Baş katibinin müavini və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.

Eyni zamanda Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası və Ümumdünya Ətraf Mühit Gününə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər