Menyu

Tramp: ABŞ-nin limitsiz hərbi təchizatı və kifayət qədər vaxtı var

Operativ Media
Tramp: ABŞ-nin limitsiz hərbi təchizatı və kifayət qədər vaxtı var

ABŞ prezidenti Donald Tramp İranla münaqişəyə toxunaraq bildirib ki, Birləşmiş Ştatlar misli görünməmiş hərbi gücə, qeyri-məhdud sursat ehtiyatına və kifayət qədər vaxta malikdir.

Operativ Media xəbər verir ki, o, bu haqda "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Biz misli görünməmiş hərbi gücə, qeyri-məhdud sursat ehtiyatına və çox vaxta malikik".

Onun sözlərinə görə, İranın hərbi-dəniz və hərbi-hava qüvvələri məhv edilib. ABŞ iranlıların raketlərini, PUA-larını və digər hərbi vasitələrini məhv etməkdə davam edir, İran rəhbərləri isə artıq sıradan çıxarılıb.

Tramp, həmçinin ABŞ-nin İranla münaqişədə qalib gəlmədiyi barədə "New York Times" qəzetinin irəli sürdüyü ehtimalı yanlış adlandırıb.

Əlaqəli Xəbərlər