Menyu

İran millisindən bəyanat: Heç kimin bizi Dünya Çempionatından kənarlaşdırmaq hüququ yoxdur

Operativ Media
İran millisindən bəyanat: Heç kimin bizi Dünya Çempionatından kənarlaşdırmaq hüququ yoxdur

Heç kimin İran milli komandasını 2026-cı il Dünya Çempionatından kənarlaşdırmaq hüququ yoxdur.

Operativ Media xəbər verir ki, bu haqda İran yığmasının yaydıği rəsmi bəyanatda qeyd edilib.

Bəyanatda deyilir: "Heç kimin İran milli komandasını Dünya Çempionatının iştirakçıları sırasından çıxarmağa hüququ yoxdur. Kənarlaşdırıla biləcək yeganə ölkə, yalnız "ev sahibi" titulunu daşıyan, lakin bu qlobal tədbirin iştirakçı komandalarının təhlükəsizliyini təmin edə bilməyən ölkə ola bilər".

Daha əvvəl İranın idman naziri Əhməd Dünyamalı komandanın turnirə getməyə biləcəyini istisna etməmişdi. Püşkatmanın nəticələrinə görə, İran millisi Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə "G" qrupunda mübarizə aparacaq. Qrup mərhələsinin hər üç oyunu ABŞ ərazisində keçirilməlidir.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Amerika tərəfi İranın iştirakına mane olmur, lakin idmançıların özlərinin təhlükəsizliyi ilə bağlı risklərə görə onların gəlişini məqsədəuyğun hesab etmir.

Qeyd edək ki, turnir 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Əlaqəli Xəbərlər