Menyu

Naxçıvanda istehlakçılara 4,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Operativ Media
Naxçıvanda istehlakçılara 4,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.

Operativ Media-ya bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

2026-cı ilin yanvar-fevral ayları ərzində muxtar respublika üzrə istehlakçılara 314,6 min manata yaxın ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,4 milyon manatdan çox olub.

Muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 mart 2026-cı il tarixə muxtar respublikada qeydiyyatda olan onlayn nəzarət-kassa aparatlarının sayı 3.302 ədəd olub. Yeni nəsil nəzarət–kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar-fevral aylarında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 83,6 milyon manata yaxın olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 milyon manat və ya 29,4 faiz çoxdur.

Əlaqəli Xəbərlər