Azərbaycan millisi Monteneqro ilə heç-heçə etdi
Əziz Əzizli
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
Operativ Media xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə yekunlaşıb. Komandamızın heyətində qolu 54-cü dəqiqədə Manə Mollayeva vurub.
Son tur öncəsi Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Litva yığmasının isə hesabında xal yoxdur.
Qeyd edək ki, komandamız son oyununu mayın 30-da evdə Litva seçməsinə qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net