Menyu

İbrahimoviç: "Niderland millisi öz futbol kimliyini itirib"

Operativ Media
İbrahimoviç: "Niderland millisi öz futbol kimliyini itirib"

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç niderlandlıların 2026-cı il dünya çempionatından kənarlaşmasında Niderland yığmasının baş məşqçisi Ronald Kumanı günahkar hesab edir.

Operativ Media xəbər verir ki, o, bu haqda "Fox" kanalının efirində bildirib.

"Hesab edirəm ki, bu məğlubiyyətdə Ronald Kuman günahkardır. Niderland millisi heç özünə bənzəmirdi. Mən onu sadəcə tanıya bilmədim. Məsələ heç nəticədə də deyil, Niderlandın futbol identikliyinin itirilməsindədir. Kumanın konsepsiyası bu komandanın ruhuna uyğun gəlmirdi və bu, mənə pis təsir edir. Məğlub olmaq olar, lakin bu zaman öz oyun üslubuna sadiq qalmaq vacibdir", — deyə İbrahimoviç qeyd edib.

​İyunun 30-da Niderland komandası dörddəbir final mərhələsində Mərakeşə uduzaraq (1:1, penaltilər seriyası – 2:3) turniri tərk edib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər