Menyu

Avropa Parlamentinin sədri 2027-ci ildə Aİ-də böyük siyasi dəyişikliklər gözləyir

Operativ Media
Avropa Parlamentinin sədri 2027-ci ildə Aİ-də böyük siyasi dəyişikliklər gözləyir

Avropa Parlamentinin sədri Roberta Metsola 2027-ci ildə bir sıra ittifaq ölkələrində keçiriləcək seçkilərdən sonra Avropa İttifaqının siyasi həyatında ciddi dəyişikliklərin baş verəcəyini gözləyir.

Operativ Media xəbər verir ki, o, bu barədə "Euractiv" portalına verdiyi müsahibədə bildirib.

​Metsolanın sözlərinə görə, 2027-ci il siyasi baxımdan "çox gərgin və zəngin" olacaq, çünki həmin il Fransa, Polşa, İspaniya və İtaliyada seçkilər keçiriləcək. Avropa Parlamentinin rəhbəri seçicilərin rəyini və mövqeyini zəmanətli reallıq kimi qəbul etməməyə çağırıb. Onun fikrincə, belə bir yanaşma siyasi arenanın cinahlarında dayanan qüvvələrə dəstəyin artmasına və səsvermədə iştirak faizinin aşağı düşməsinə şərait yaradır. Metsola həmçinin vurğulayıb: "Heç vaxt etməməli olduğumuz yeganə şey – seçicilərin bizə səs verməyə borclu olduğunu və ya digərlərindən daha yaxşı olduğumuzu düşünməkdir".

​Qeyd edək ki, 2027-ci ildə Avropa İttifaqının Fransa, İspaniya, İtaliya və Polşa da daxil olmaqla bir neçə aparıcı dövlətində eyni vaxtda seçkilər baş tutmalıdır. Bu seçkilər son illərdə həm milli parlamentlərdə, həm də Avropa Parlamentində mövqelərini gücləndirən sağçı və avroskeptik partiyaların populyarlığının artması fonunda keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər