Menyu

Müəllimlərin orta aylıq əməkhaqqı son 12 ildə 4 dəfəyə qədər artıb

Operativ Media
Müəllimlərin orta aylıq əməkhaqqı son 12 ildə 4 dəfəyə qədər artıb

Elm və Təhsil Nazirliyi müəllimlərin orta aylıq əməkhaqqının illər üzrə artım dinamikasını açıqlayıb. 

Operativ Media xəbər verir ki, bu haqda "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə bildirilib.

Təqdim olunan statistikaya görə, 2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqısında 4 dəfəyə qədər artım olub.

Məlumatda bildirilir ki, 2014-cü ildə 267 manat olan orta aylıq əməkhaqqı, 2015-ci ildən etibarən diaqnostik qiymətləndirmənin tətbiqi ilə yüksəlməyə başlayıb və müvafiq illərdəki faiz artımları ilə 2022-ci ilin yanvarında 651 manata çatıb.

Xüsusilə sertifikatlaşdırma prosesinin tətbiqindən sonra müəllimlərin gəlirlərində daha kəskin artım müşahidə olunub. 

Belə ki, 2022-ci ilin sentyabrında 720 manat təşkil edən orta aylıq əməkhaqqı, sertifikatlaşdırma əlavələrinin aktivləşməsi ilə mütəmadi artaraq 2024-cü ilin sentyabrında 920 manata, 2025-ci ilin sentyabrında isə 965 manata yüksəlib. 

Son rəqəmlərə əsasən, 2026-cı ilin sentyabr ayı üçün bu məbləğin 1030 manata çatacağı gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər