Menyu

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib

Operativ Media
İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib

İslam Ticarət və İnkişaf Palatasının (ICCD) İdarə Heyətinin yeni fəaliyyət dövrünün Türkiyənin paytaxtı Ankarada keçirilən ilk iclası çərçivəsində “Qlobal Halal Bazarında Dayanıqlı Kənd Təsərrüfatı Biznes İmkanı” mövzusunda keçirilən dəyirmi masada Palatanın Baş katibi Yusif Həsən Xələvi və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev açılış nitqləri ilə çıxış ediblər. 

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb.

M.Musayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən kənd təsərrüfatının inkişafına dair keçirilmiş son müşavirə və qəbul edilən strateji qərarlar bu sahəyə yeni impuls vermişdir. Bu yanaşma aqrar sektorun yalnız daxili bazar üçün deyil, həm də ixrac yönümlü güclü iqtisadi sahəyə çevrilməsini hədəfləyir.  

Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Ziya Hacılının moderatorluğu ilə keçirilən dəyirmi masada halal və dayanıqlılıq iddialarında istehlakçı etimadını gücləndirmək üçün rəqəmsal izləmə alətlərindən istifadə, aqrotexnologiya və emal investisiyalarını dəstəkləmək üçün "Salam" və "İstisna" kimi şəriətə uyğun maliyyə alətlərinin tətbiq edilməsi, İƏT üzv dövlətlərindən ilk pilot layihələr qrupunun müəyyənləşdirilməsi və onların Bakıda keçiriləcək Dayanıqlı Kənd Təsərrüfatı Forumunda təqdim olunması kimi məsələlər müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər