"Zirə" Türkiyə klubu ilə qarşılaşacaq
Operativ Media
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirəcək.
Operativ Media xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv yerli "Iğdır" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, "Zirə" qonşu ölkədəki ilk matçında Özbəkistan təmsilçisi "Navbahor"a 1:3 hesabı ilə uduzub. "Qartallar" Bakıda keçirdiyi qarşılaşmada "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net