Menyu

Kiyev hərbi ehtiyaclar üçün Aİ-dən 3,8 milyard avro alıb

Şəfa Hüseynli
Kiyev hərbi ehtiyaclar üçün Aİ-dən 3,8 milyard avro alıb

Ukrayna Avropa İttifaqından 3,8 milyard avroluq yardım alıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko özünün Teleqram kanalında bildirib.

"Avropa İttifaqından daha 3,8 milyard avro dövlət büdcəsində xüsusi fonda ayrılıb", - deyə o yazıb.

Baş nazirin sözlərinə görə, vəsait "prioritet müdafiə ehtiyaclarını maliyyələşdirmək - pilotsuz təyyarələrin istehsalı, müdafiə sənayesinin potensialının gücləndirilməsi və cəbhə üçün təcili təchizatın təmin edilməsi" üçün istifadə olunacaq.

Bu, Kiyevin bu proqram çərçivəsində aldığı vəsaitin ümumi məbləğini 7 milyard avroya çatdırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər