Sertifikatlaşdırmada iştirak edən müəllimlərin 58 faizi uğur qazanıb
Elm və Təhsil Nazirliyi 2022–2026-cı illər üzrə müəllimlərin sertifikatlaşdırılması prosesinin yekun nəticələrini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə bildirilib
Məlumata görə, keçirilən imtahanlarda ümumilikdə 104 435 müəllim iştirak edib. Onlardan 58%-i imtahandan uğurla keçib, 29%-i isə yüksək nəticə göstərib.
İmtahanda iştirak edənlərin 4%-i birinci cəhddə, 9%-i isə ikinci cəhddə keçid balını toplaya bilməyib.
Nəticələrə əsasən, ümumilikdə 91 408 müəllimin maaşına əlavələr edilib.
Belə ki, uğur qazanan təxminən 60 818 müəllimin əməkhaqqısına 10%, yüksək nəticə göstərən 30 590 müəllimin əməkhaqqısına isə 35% əlavə olunub.
Hər iki cəhddə uğur qazana bilməyən 9 334 müəllimin isə əmək müqaviləsinə xitam verilib.
Bundan başqa, 2026-cı il üzrə daha 20 229 nəfər müəllimin müsahibədə iştirak edəcəyi bildirilir.