Tamştatlı müəllim statusu alanlar yenidən sertifikatlaşdırmadan keçməyəcəklər
115 min müəllimi əhatə edəcək növbəti sertifikatlaşdırma mərhələsindən sonra sistemdə köklü dəyişikliklər edilməsi planlaşdırılır.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, imtahanlarda uğurlu nəticə göstərən müəllimlər iki kateqoriyaya bölünəcək: "Tamştatlı müəllimlər" və "Əməkhaqqısına əlavə alan saathesabı işləyən müəllimlər".
İslahat çərçivəsində mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsinin yaradılması hədəflənir.
Bu vəzifəyə təyin olunan şəxslər gələcəkdə bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar.
İmtahandan uğursuz nəticə alan şəxslər üçün isə fərqli mexanizm tətbiq ediləcək.
Onların bir qismi "Köməkçi müəllimlər" kateqoriyasına keçiriləcək, digər qisminin isə əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam veriləcək.