Tarix, fiziki tərbiyə, texnologiya və incəsənət müəllimlərinin sertifikatlaşdırma nəticələri məlum olub
Bu il sertifikatlaşdırma imtahanlarına ümumilikdə 16 938 müəllim cəlb olunub.
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Fənlər üzrə iştirakçıların sayı və imtahan nəticələri belədir:
Tarix fənni üzrə imtahanda 5 571 müəllim iştirak edib.
Onlardan 4 194 nəfəri uğur qazanıb, 1 377 nəfəri isə uğursuz nəticə göstərib. Bu fənn üzrə orta bal 39 olub.
Fiziki tərbiyə fənni üzrə 5 419 müəllim imtahan verib. Onların 4 516-sı uğurlu, 903-ü isə uğursuz nəticə əldə edib. Orta bal 41 kimi qeydə alınıb.
Texnologiya fənni üzrə imtahana qatılan 2 948 müəllimdən 2 555-i uğur qazanıb, 393-ü isə uğursuz olub. Bu fənn üzrə orta nəticə 45 bal təşkil edib.
Təsviri incəsənət fənni üzrə 1 689 müəllim iştirak edib. Onlardan 1 405 nəfəri imtahandan keçib, 284 nəfəri isə keçə bilməyib. Orta bal 43 olub.
Musiqi fənni üzrə isə imtahan verən 1 311 müəllimdən 1 041-i uğur qazandığı halda, 270-i uğursuz nəticə göstərib. Bu fənn üzrə orta bal 40 olaraq müəyyənləşib.