Menyu

Paraqvay 1/8 finala yüksəldi, ölkədə qeyri-iş günü elan edildi

Operativ Media
Paraqvay 1/8 finala yüksəldi, ölkədə qeyri-iş günü elan edildi

Paraqvay millisi Dünya Çempionatı-2026-nın 1/16 final mərhələsində Almaniya yığmasına qalib gəlib (1:1, penaltilərlə 4:3).

Operativ Media xəbər verir ki, bununla əlaqədar olaraq, ölkə prezidenti Santyaqo Penya 30 iyun tarixini qeyri-iş günü elan edib.

​Prezident sosial şəbəkə hesabında "Paraqvay heç vaxt təslim olmur! Lənət şeytana, bu da sizə istirahət günü!" deyə yazıb.

​Paraqvay qanunvericiliyinə əsasən, icraedici hakimiyyətin ildə üç əlavə günü bayram (qeyri-iş) günü elan etmək hüququ var.

​Qeyd edək ki, Penya 2025-ci ilin sentyabrında, milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edəndə də ölkədə qeyri-iş günü elan etmişdi.

​Paraqvay millisi 1/8 final mərhələsində Fransa – İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər