Menyu

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında növbəti görüşlərinə çıxacaqlar

Operativ Media
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatında növbəti görüşlərinə çıxacaqlar

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Operativ Media xəbər verir ki, turnirin ikinci yarış günündə Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulacaq.

​Oğlanlar arasında keçirilən yarışlarda cüdoçularımızın ilk qarşılaşmaları aşağıdakı kimidir:

​66 kq çəki dərəcəsində mübarizə aparan İlkin Qarayev 1/16 final mərhələsində Bolqarıstan təmsilçisi Samuil Dimitrovla qarşılaşacaq.

​73 kq çəki dərəcəsində çıxış edən Sadiq Məmmədov isə yarışa 1/8 final mərhələsindən başlayacaq. O, Matas Marksaitis (Litva) – Noam Stiner (İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

​Çempionatın təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 12:30-da, final bloku isə saat 19:30-da start götürəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər