Azərbaycan qılıncoynadanları Çində keçirilən DÇ-də iştirak ediblər
Əziz Əzizli
Azərbaycan qılıncoynadanları Çinin Usi şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində iştirak ediblər.
Operativ Media xəbər verir ki, sablyaçıların mübarizəsində Zərifə Hüseynova 14-cü olub.
O, 1/4 finala vəsiqə uğrunda qarşılaşmada uduzub.
Fərəh Abasova, Leyla Əhmədova və Valentina Zeynalova isə qrup mərhələsini adlayıb pley-offa yüksəlsələr də, 1/32 finala vəsiqə üçün keçirilən görüşlərdə uduzublar.
Gənc oğlan sablyaçıların şəxsi yarışında Ayxan Xasıyev, Rəsul Əliyev və Abbas Hüseynov pley-offa vəsiqə qazansalar da, 1/32 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.
Timur Husnaddinov isə mübarizəni qrupda dayandırıb.
Dünya birinciliyi aprelin 15-dək davam edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net