Menyu

"Araz-Naxçıvan" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

Əziz Əzizli
"Araz-Naxçıvan" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

“Araz-Naxçıvan”ın dörd futbolçusu bu gün “Sumqayıt”a qarşı keçiriləcək Misli Premyer Liqasının 29-cu turunun oyununda meydana çıxmayacaq.

Operativ Media xəbər verir ki, Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə və Əyyub Allaş zədə səbəbindən matçı buraxacaqlar.

Sezar Meza Kolli və İssuf Paro ilə bağlı isə baş məşqçi Elmar Baxşıyev qərar verəcək. “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda xəsarət alan Paronun zədəsinin ciddi olmadığı bəlli olub. Oyunçunun əzələsində gərginlik aşkarlanıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşması bu gün, saat 18:00-da start götürəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər