"Sabah"ın hücumçusunun zədəsinin son durumu bəlli oldu - Açıqlama
Əziz Əzizli
"Neftçi" ilə oyunda zədələnən "Sabah"ın hücumçusu Coy-Lens Mikels bir neçə həftə komandasına kömək edə bilməyəcək.
Bunu Operativ Media-ya açıqlamasında "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
O, futbolçunun bir müddət yaşıl meydanlardan kənar qalacağını deyib.
"Neftçi" ilə oyunda zədələnən Coy-Lens Mikelsin MRT müayinəsinin cavabı bəlli olub. Futbolçuya topuq bağlarının hissəvi yırtığı (Grade 2) diaqnozu qoyulub ki, bu da onun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı deməkdir. Mikelsin məşqlərə tam olaraq nə vaxt başlaması müalicə və bərpa prosesinin gedişindən asılı olacaq".
Qeyd edək ki, Coy-Lens Mikels "Neftçi" ilə kubok oyununda zədələnərək meydanı tərk etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net