Azərbaycan paralimpiyaçısı İtaliyada ikinci oldu
Əziz Əzizli
Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində öz kateqoriyasında ikinci olub.
Operativ Media Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, LW3 kateqoriyasında çıxış edən idmançı ilkin mərhələni 1:26.69 nəticə ilə ikinci pillədə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.
Həlledici mərhələdə 1:22.78 nəticə ilə finişə çatan paralimpiyaçı yarışı öz kateqoriyasında ikinci, qarışıq kateqoriyalar üzrə isə 14 nəfər arasında 13-cü yerdə bitirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net