Azərbaycan şahmatçıları FİDE siyahısında gerilədilər
Əziz Əzizli
Azərbaycanın aparıcı şahmatçıları FİDE-nin aprel ayı üçün açıqladığı reytinq siyahısında geriləyiblər.
Operativ Media xəbər verir ki, kişi qrossmeysterlərdən Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb.
Teymur Rəcəbov (2692) 39-cu, Rauf Məmmədov (2657) 69-cudur. Ötən ayla müqayisədə Məmmədyarovla Məmmədov 2, Rəcəbov 4 pillə geriləyib.
Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir.
Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cüdür. Onlar ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.
Qadınların reytinq cədvəlində Yifan Hou (Çin, 2633) birincidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net