Menyu

Ayxan Abbasov: “Gələcəyə ümidliyik”

Əziz Əzizli
Ayxan Abbasov: “Gələcəyə ümidliyik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, o, bu haqda AFFA-nın saytına danışıb.

“Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə matçda xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik”.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər