Menyu

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Əsəd Abbaslı
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər