Donald Tramp Çini ABŞ seçicilərinin məlumatlarını oğurlamaqda ittiham edib
Əziz Əzizli
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının (ÇXR) 2020-ci ildə keçirilən seçkilər zamanı 220 milyon amerikalı seçicinin şəxsi məlumatlarına qanunsuz yolla çıxış əldə etdiyini iddia edib.
Operativ Media xəbər verir ki, Ağ Evdən xalqa müraciət edən ABŞ lideri Pekinin tarixin ən böyük kiberhücumlarından birini reallaşdırdığını bildirib.
D.Trampın sözlərinə görə, qanunsuz şəkildə əldə edilən həssas məlumatlar sırasına vətəndaşların adları, ünvanları, telefon nömrələri və siyasi mövqeləri daxil olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma