İlham Əliyev Trampa təşəkkür edib
Operativ Media
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşmasına görə təşəkkür edib.
Operativ Media xəbər verir ki, bu haqda dövlət başçısının sosial media hesablarında paylaşım edilib.
"Şuşa Qlobal Media Forumundakı çıxışımdan fikirlərimi bölüşdüyünüz üçün təşəkkür edirəm. Tarixi Vaşinqton Zirvə Toplantısının birinci ildönümünə bir aydan az vaxt qaldığı bir vaxtda, Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsindəki əvəzsiz rolunuza görə bir daha səmimi minnətdarlığımı bildirmək istərdim. Liderliyiniz bölgəmizi sülhə, sabitliyə və rifaha yaxınlaşdırmağa tarixi töhfə verib", - deyə paylaşımda qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net