Azərbaycan millisi Slovakiyanı məğlub etdi
Operativ Media
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.
Operativ Media xəbər verir ki, B Liqasının B qrupunda yer alan millimiz Slovakiya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.
Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net