Menyu

Fransa 2029-cu ildə sursat istehsalını bərpa edəcək

Operativ Media
Fransa 2029-cu ildə sursat istehsalını bərpa edəcək

Fransada 1999-cu ildə dayandırılmış kiçikçaplı patronların istehsalı bir neçə onillikdən sonra yenidən bərpa olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələr Nazirliyinin Silahlanma Baş Direktorluğu (DGA) məlumat yayıb. Qurumun rəsmi bəyanatında bildirilir ki, 2029-cu ilə planlaşdırılan istehsal prosesi çərçivəsində ildə 75 milyon ədəd olmaqla, 5,56x45 mm və 7,62x51 mm çaplı döyüş sursatları hazırlanacaq.

​İstehsalla bağlı qərar hələ 2025-ci ildə elan edilmiş tenderin nəticələrinə əsasən qəbul olunub. Bu ilin yayında "FN Herstal", "Cheditte" və "Nobelsport" şirkətləri ilə müvafiq müqavilənin imzalanması gözlənilir. İstehsalat zavodu Drom departamentinin Klerie kommunasında fəaliyyət göstərəcək və orada 20 iş yeri yaradılacaq.

​İlkin mərhələdə patronların istehsalı barıtın doldurulması, gilz, kapsul və güllə kimi hissələrin yığılması və qablaşdırılması formasında aparılacaq. Gələcəkdə isə Fransa ərazisində barıt və kapsul kimi bəzi komponentlərin də istehsalının təşkil olunması nəzərdə tutulur.

​DGA-dan verilən izahata görə, bu layihə uzunmüddətli dövrdə həm döyüş hazırlığı ehtiyaclarını qarşılamaq, həm də yüksək intensivlikli hərbi münaqişələr aparmaq imkanlarını təmin etmək strategiyası çərçivəsində həyata keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər