Təsviri sənət istiqaməti üzrə qeydiyyatdan keçən abituriyentlərin nəzərinə
Təsviri sənət istiqamətinin ali təhsil səviyyəsi üzrə 10-cu (rəngkarlıq) komissiyası üzrə Bakı və Naxçıvan şəhərlərində rəngkarlıq fənni, 11-ci (qrafika) komissiyası üzrə rəngkarlıq fənni, 12-ci (heykəltaraşlıq) komissiyası üzrə yapma fənni və 13-cü (təsviri incəsənət müəllimliyi) komissiyasının rəsm fənni üzrə Bakı şəhərində qabiliyyət imtahanı verən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına buraxılış vərəqələrini buradan çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir.
Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:
Şəxsiyyəti təsdiq edən sənədin əsli;
Qabiliyyət imtahanına buraxılış vərəqəsi;
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.