Menyu

Məhəmməd Salah Türkiyə klubuna keçə bilər

Əziz Əzizli
Məhəmməd Salah Türkiyə klubuna keçə bilər

İngiltərənin "Liverpul" klubunun sabiq hücumçusu Məhəmməd Salah karyerasını Türkiyənin "Beşiktaş" komandasında davam etdirməkdə maraqlıdır.

Operativ Media xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

​Mənbənin məlumatına görə, iyulun 1-dən etibarən azad agent statusu daşıyan 34 yaşlı misirli futbolçu İstanbul təmsilçisindən illik 15 milyon avro maaş gözləyir. "Transfermarkt" portalı isə təcrübəli oyunçunun hazırkı transfer dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

​M.Salah 2025/2026-cı illər mövsümündə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 41 matçda 12 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin DÇ-2026-da iştirak etdiyi 5 qarşılaşmada 1 dəfə fərqlənib və 2 qolun asistentliyini edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər