Azərbaycanlı futbolçu Moldova klubuna keçir? - AÇIQLAMA
Əziz Əzizli
Moldovanın "Zimbru" klubu azərbaycanlı futbolçunu transfer etmək istəyir.
Bu haqda "Operativ Media"ya açıqlama verən futbolçu xəbəri təsdiqləyib.
"Bəli, "Zimbru" klubu mənimlə əlaqə saxlayıb. Lakin klubuma hər-hansı bir təklif gəlməyib".
Həsən Nəzərov Moldova klubuna keçib-keçməyəcəyi haqqında da danışıb.
"Hal-hazırda "Ankaragücü" klubunun oyunçusuyam. Bir cavab versəm səhv olar. Transfer dövrü gələndə daha dəqiq danışmaq olar. İndi bu haqda bir şey deyə bilməyəcəm"
Qeyd edək ki, Həsən Nəzərov Renat Dadaşovla birlikdə "Ankaragücü" komandasında çıxış edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net