Kaya Kallas və Marta Kos Türkiyəyə səfər edəcəklər
Avropa İttifaqı Diplomatik Xidmətinin rəhbəri Kaya Kallas, Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos və Aİ-nin Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner iyunun 30-da Türkiyəyə səfər edəcəklər.
Operativ Media xəbər verir ki, bu barədə TASS Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ nümayəndələri ilə görüşlər zamanı ölkənin Avropa İttifaqına tam üzvlük kimi strateji məqsədini bir daha təsdiqləyəcək.
Mənbə bildirib ki, danışıqlar zamanı Fidan Türkiyənin məqsədinin və əsas strateji prioritetlərindən birinin Avropa İttifaqına tamhüquqlu üzvlük olaraq qaldığını vurğulayacaq. O, namizəd ölkə Türkiyə ilə Aİ arasında münasibətlərin konstruktiv əsasda, ortaq maraqlara əsaslanaraq inkişafını asanlaşdıracaq bir yanaşmanın tətbiqinin vacibliyini vurğulayacaq. Həmçinin Aİ-nin genişlənmə prosesinin ədalət prinsipləri əsasında aparılmasının vacibliyini vurğulayacaq.
Türkiyə ilə Aİ arasında viza məsələsinin həllinin və viza liberallaşdırılması dialoqunun başa çatdırılmasının vacibliyinə diqqət yetiriləcək.