"Ayaks" "Barselona"nın qapıçısını transfer edir
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Ayaks"a keçməyə razıdır.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Hazırda klublar 34 yaşlı almaniyalı qolkiperin icarəsi ilə bağlı danışıqlar aparırlar. Müzakirələrin əsas mövzusu qapıçının maaşının klublar arasında necə bölünməsidir.
Ter Ştegen "Barselona"ya 2014-cü ildə keçib. O, Kataloniya klubunun heyətində 423 oyuna çıxıb, bu görüşlərdə 416 qol buraxıb və 176 matçda qapısını toxunulmaz saxlayıb.
2026-cı ilin yanvarında ter Ştegen icarə əsasında "Jirona"ya keçsə də, cəmi iki oyundan sonra dizaltı vətərindən zədə alıb və 2025/26 mövsümünün qalan hissəsini buraxmalı olub.
Ter Ştegenin "Barselona" ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı onun bazar dəyərini 3 milyon avro qiymətləndirir.