Menyu

"Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb

Operativ Media
"Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb

Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının komandalarının iştirakı ilə keçirilən XII Beynəlxalq "Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışı başa çatıb. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, tədbirin bağlanış və mükafatlandırma mərasimində Qazaxıstan Müdafiə Nazirliyinin, yerli icra orqanlarının və veteran təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Gənc vətənpərvərlərin güc, dözümlülük, komanda birliyi və hərbi-tətbiqi təlim üzrə yarışlarında komandamız yüksək hazırlıq səviyyəsi, məharət və əzmkarlıq nümayiş etdirərək müxtəlif mərhələlərdə uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, toplanışda ölkəmizi Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda təmsil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər