"Xankəndi" FK-nın qapıçısı 27 yaşında karyerasını bitirdi
"Xankəndi" Futbol Klubunun qapıçısı Şahin Zəkiyev 27 yaşında karyerasını bitirib.
Operativ Media xəbər verir ki, o, bu haqda sosial media hesabında paylaşım edib.
"Futbol karyeramın sonuna gəldim. Ayrılığın bu qədər çətin olacağını düşünməzdim.
Bu yol mənə çox şey qazandırdı — gözəl insanlar, unudulmaz xatirələr və böyük təcrübələr. Mənə dəstək olan, yanımda duran, inanan hər kəsə sonsuz təşəkkür edirəm.
Xüsusilə son klubum "Xankəndi" Futbol Klubuna mənə verdikləri dəyərə və dəstəyə görə təşəkkür edirəm. Sizlərlə birlikdə karyeramı bir çempion kimi başa vurdum.
Üzərimdə əziyyəti olan hər kəsin haqqını halal etməsini istəyirəm. Futbol həyatımın böyük bir hissəsi oldu və həmişə qəlbimdə qalacaq.
Hər birinizə təşəkkürlər", - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Şahin Zəkiyev Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub.