Polşa İsveçdən 3 A26 sualtı qayığı alacaq
Şəfa Hüseynli
Polşa Hərbi Dəniz Qüvvələri üçün 3 İsveç A26 sualtı qayığının alınması üçün müqavilə imzalanıb.
Operativ Media xəbər verir ki, bu barədə RMF24 radiosu məlumat yayıb.
Qərar Polşanın Baş naziri Donald Tusk və İsveçin Baş naziri Ulf Kristerssonun iştirakı ilə baş tutub.
İlk sualtı qayığın 2030-cu ildə Polşa Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. İlkin hesablamalara görə, proqramın dəyəri təxminən 20 milyard zlotıya (təxminən 5,3 milyard dollar) çata bilər.
Müqavilə təkcə gəmilərin tikintisi və çatdırılmasını deyil, həm də logistika paketini, əməliyyat dəstəyini, kadr hazırlığını və onların istismara verilməsi üçün zəruri olan infrastrukturun hazırlanmasını əhatə edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net