Menyu

Fransaya Burkina - Fasodakı səfirliyini bağlamaq üçün bir həftə vaxt verilib

Şəfa Hüseynli
Fransaya Burkina - Fasodakı səfirliyini bağlamaq üçün bir həftə vaxt verilib

Fransa ilə diplomatik münasibətləri kəsən Qərbi Afrika ölkəsi Burkina - Faso hakimiyyəti Parisə 26 iyundan etibarən Uaqaduqudakı səfirliyini bağlamaq üçün yeddi gün vaxt verib.

Operativ Media xəbər verir ki, bu barədə "Le Monde" mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Fransa səfiri Burkina - Fasonu 2023-cü ilin yanvar ayında tərk edib və o vaxtdan bəri onun yerinə müvəqqəti işlər vəkili vəzifəsini icra edir. Diplomatik missiyada onunla yanaşı, diplomatlar, inzibati heyət və təhlükəsizlik işçiləri də daxil olmaqla təxminən 20 nəfər çalışırdı. Qəzet qeyd edir ki, bu müddət ərzində onlar "minimal xidmətlər göstərməyə davam ediblər".

Burkina - Fasonun Fransa ilə diplomatik münasibətləri kəsmək qərarı Avropa Parlamentinin qətnaməsi ilə əlaqələndirilir. 

27 iyun Burkina-Faso hökuməti Fransa ilə diplomatik münasibətlərin kəsildiyini elan edərək , onu Afrika dövlətinin maraqlarına zidd hərəkətlər etməkdə günahlandırıb. Burkina-Faso hakimiyyəti bəyanatlarında Parisi neokolonializmdə və Sahel bölgəsindəki terrorçu şəbəkələri dəstəkləməkdə, eləcə də ölkədəki hadisələr barədə təhrif olunmuş məlumat verməkdə ittiham edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər