Azərbaycan badmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı
Operativ Media
Fransanın Müluz şəhərində keçirilən Beynəlxalq Parabadminton Turnirinə yekun vurulub.
Operativ Media xəbər verir ki, 20 yaşlı gənc parabadmintonçumuz İbrahim Əliyev kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə bürünc medala yiyələnib.
Onlar qrup mərhələsində braziliyalı rəqibləri (Ramos Santos, Yeily Rodrigues) üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən rəqiblərinə (Jen-Yu Fang, Gui Yu Pu) isə məğlub olublar.
Bu nəticə ilə yarımfinala yüksələn cütlük Malayziyanı təmsil edən rəqiblərinə (Mohamed Azri, Cheah Liek Hou) məğlub olaraq beynəlxalq turnirin bürünc medallarına sahib çıxıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net