Dieqo Simeone Xulian Alvaresin satışına razılıq verdi
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone hücumçu Xulian Alvaresin xidmətində artıq maraqlı deyil.
Operativ Media xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Mənbə bildirir ki, 26 yaşlı argentinalı futbolçunun "Barselona"ya keçmək istəyi ilə bağlı verdiyi bəyanatdan sonra Simeone onun satılmasının tərəfdarıdır.
Əvvəllər Alvareslə "Barselona" və "Real"ın maraqlandığı barədə xəbərlər yayılmışdı. İyun ayında "Real" bəyan etmişdi ki, "Atletiko" hücumçunu 150 milyon avroya satmaqdan imtina edib.
Ötən mövsüm Alvares bütün turnirlərdə ümumilikdə 49 oyuna çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı futbolçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir.
Hazırda Alvares Argentina millisinin heyətində DÇ-2026-da çıxış edir. O, qrup mərhələsində üç oyunda meydanda olsa da, məhsuldar göstəricilərlə fərqlənə bilməyib.