Menyu

Geomaqnit qasırğası olması ehtimalı var

Operativ Media
Geomaqnit qasırğası olması ehtimalı var

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Operativ Media-ya bildirilib ki, Günəş fəallığı zəif olub və C sinif alışmalar qeydə alınıb. Günəşin səthində 6 ləkə qrupunda 112 ləkə və cənub qütbü yaxınlığında tac dəliyi müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti saniyədə 729 kilometrədək artıb.

İyulun 5-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəşi iyunun 26-da tərk etmiş tac kütlə atılmalarının təsirilə iyunun 29-30-da zəif (G1) geomaqnit qasırğası olması ehtimalı var. Bu təsirə bağlı olaraq iyulun 1-də geomaqnit sahəsi aktiv və qeyri-sabit səviyyələr arasında dəyişə bilər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər