Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat aldı
Əziz Əzizli
"Operativ Media" bu haqda AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
K.Umudlu UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Girona” (İspaniya) oyununun baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.
Noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net