"Milan"ın müdafiəçisi Premyer Liqaya qayıtmağa hazırlaşır
İtaliyanın "Milan" klubunun müdafiəçisi Pervis Estupinyan karyerasını İngiltərə Premyer Liqasında çıxış edən "Aston Villa"da davam etdirməyə yaxındır.
Operativ Media xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Skira məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı ekvadorlu futbolçu artıq İngiltərə təmsilçisi ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb. "Aston Villa" rəhbərliyi isə oyunçunun transferi ilə bağlı İtaliya klubu ilə danışıqları davam etdirir.
P.Estupinyan 2025/2026-cı illər mövsümündə İtaliya komandasının heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi həmçinin 2026-cı il dünya çempionatında Ekvador yığmasının heyətində iki qarşılaşmada iştirak edib.
Qeyd edək ki, təcrübəli oyunçu daha əvvəl "LDU Kito", "Granada", "Almeriya", "Malyorka", "Osasuna", "Vilyarreal" və "Brayton" kimi klubların da formasını geyinib.