ADY: Dərnəgül dayanacağından qatarla birbaşa rayonlara getmək artıq mümkündür
Operativ Media
"Azərbaycan Dəmir Yolları" QSC regionlara səfər edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə hərəkət marşrutlarındakı mühüm dayanacaq barədə məlumat yayıb.
Operativ Media xəbər verir ki, Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətində hərəkət edən sərnişin qatarları Dərnəgül dayanacağından da keçir.
Bildirilib ki, sözügedən istiqamətlər üzrə rayonlara getmək istəyən sərnişinlərin artıq Bakı Dəmiryol Vağzalına və ya digər uzaq stansiyalara gəlməsinə ehtiyac yoxdur. Vətəndaşlar səfər üçün onlara daha yaxın olan Dərnəgül dayanacağından rahatlıqla istifadə edə bilərlər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net