Menyu

"Araz-Naxçıvan" müdafiəçi transfer etdi

Operativ Media
"Araz-Naxçıvan" müdafiəçi transfer etdi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Rəşad Həsənovla anlaşıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. 

“Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər