Menyu

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olunub

Operativ Media
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olunub

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub.

Operativ Media xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyinat alıb.

O, ASK-nın Baş katibi kimi fəaliyyətini davam etdirməklə yanaşı, paralel olaraq artıq "Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinin icrasına başlayıb. Z.Hacılı göstərilən etimada görə təşəkkür edib.

O vurğulayıb ki, şirkətdə korporativ idarəetmə standartlarının gücləndirilməsi, daxili idarəetmə proseslərinin sistemləşdirilməsi, qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və institusional idarəetmə yanaşmalarının tətbiqi əsas prioritetlər olacaq:

"Eyni zamanda, innovativ mühəndis və tikinti həlləri tətbiq etməklə müasir infrastruktur layihələrinin effektiv şəkildə reallaşdırılmasını hədəfləyirik. Sözügedən irimiqyaslı hədəflərə daha səmərəli nail olmaq üçün aidiyyəti sahibkarlıq subyektlərini və tərəfdaşlarımızı bizimlə sıx əməkdaşlığa dəvət edirəm. İnanıram ki, dövlət-biznes dialoqu çərçivəsində ölkəmizin iqtisadi hədəflərinə xidmət edən layihələrdə uğurlara birlikdə imza atacaq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər