Menyu

Azərbaycan taekvondoçuları Qazaxıstanda iki beynəlxalq yarışda qüvvəsini sınayacaq

Operativ Media
Azərbaycan taekvondoçuları Qazaxıstanda iki beynəlxalq yarışda qüvvəsini sınayacaq

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları 22–23 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək “Altay” Taekvondo Çempionatında, 25–27 iyun tarixlərində isə “Kazakhstan Open” beynəlxalq turnirində iştirak edəcəklər.

Operativ Media xəbər verir ki, komanda yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, milli komandanın məşqçiləri Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Gənclərdən ibarət milli komandanın heyətində Zəhra İsayeva, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borci (49 kq), Novruz Əliyev (55 kq), Adil Kazımlı (73 kq) və İsrafil Nəcəfov (78 kq) yer alıblar.

Böyüklərdən ibarət milli komandanın heyətinə isə Minayə Əkbərova (46 kq), Qaşim Maqomedov (63 kq), Vasif Səlimov (68 kq), Cavad Ağayev (74 kq), Elcan Əliyev (80 kq) və Eltac Qafarov (+87 kq) daxildir.

Yarışlarda beynəlxalq dərəcəli referilər Gündüz Abdullayev, Aygül Abdullayeva və Ramal Camalov ölkəmizi hakim qismində təmsil edəcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər