Menyu

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti beynəlxalq mükafat aldı

Operativ Media
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti beynəlxalq mükafat aldı

Qazaxıstanın Astana şəhərində Altay Taekvondo Birliyinin tarixdə ilk Baş Assambleyası keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə Dünya Taekvondo Federasiyasının (WT) prezidenti Çunqvon Ço, Altay Taekvondo Birliyinin prezidenti Kudrat Şamiyev, eləcə də üzv ölkələrin milli federasiyalarının nümayəndələri iştirak ediblər.

Azərbaycan Taekvondo Federasiyasını tədbirdə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev təmsil edib. Baş Assambleyada birliyin rəhbər orqanlarına seçkilər keçirilib, qurumun Baş katibi, vitse-prezidentləri seçilib, və müşavirlər təyin olunub.

Baş Assambleya çərçivəsində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev taekvondonun inkişafına verdiyi töhfələrə görə Mustafa Öztürk Xatirə Nişanı ilə təltif olunub.

Tədbir iştirakçıları Altay Taekvondo Birliyinin region ölkələri arasında idman əlaqələrinin gücləndirilməsinə və taekvondonun inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər