Azərbaycan avarçəkənləri Litvada beynəlxalq reqatada iştirak edəcəklər
Operativ Media
Azərbaycan avarçəkənləri Litvada keçiriləcək akademik avarçəkmə üzrə 64-cü "Amber Oars" beynəlxalq reqatasında iştirak edəcəklər.
Operativ Media xəbər verir ki, Azərbaycanı turnirdə 5 idmançı - Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər.
Komanda yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.
Qeyd edək ki, iyununj 26-28-də Litvanın Trakay şəhərində təşkil olunacaq "Amber Oars" beynəlxalq reqatası avarçəkmə üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma